Aydın Əliyev Oğuzda vətəndaşlarla görüşdü


15:59     23 İyun 2017 1417242838_aydin-aliyev.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Oğuzda vətəndaşları qəbul edib.


Femida.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Oğuzda yerləşən Olimpiada İdman Kompleksində Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Femida.az

Açar sözlər:

Oxunub: 751