Bakıda mənzilə basqın - Qadını öldürdülər, digərini yaraladılar


16:02     23 İyun 2017 ogurluq%20basqin0.jpg

Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.


Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3084