Ağcabədi sakinindən narkotik götürüldü


16:32     23 İyun 2017 2015-04-29-15-07-19narkotik42.jpg

Ağcabədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Bəxtiyar Mehralıyevdən 0,4 qram heroin, evinin həyətinə baxış zamanı isə 2 kiloqram 385 qram marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 807