Kibrit qutusundan narkotik çıxdı - 50 manata almışdı


16:54     23 İyun 2017 narkotik-sabirabad-kibrit-qutulari.jpg

Kürdəmir rayonunda narkotik maddə satan şəxs saxlanılıb.


Femida.az-ın xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Atakişili kənd sakini Pünhan Fazil oğlu İbrahimova məxsus “VAZ-21074” markalı minik maşınına baxış keçirilərkən orada bir kibrit qutusu narkotik maddə hesab olunan marixuana aşkar olunub.

İlkin dindirmə zamanı P. İbrahimov narkotik maddəni rayonun Şıxımlı kənd sakini Ramil Rəşid oğlu Mövlayevdən 50 manata aldığını bildirib. R. Mövlayevin kənddəki evinə baxış keçirilərkən oradan marixuana və 0,155 qram heroin aşkar olunaraq götürülüb.

R. Movlayev eyni əmələ görə, bir dəfə də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1075