Vətəndaşlar pensiyalarını özləri artıra biləcək
17:37 23 İyun 2017
İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əmək pensiyaları haqqında" qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.
Nazir deyib:
""Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır".
Femida.az
Oxunub: 2804
Oxşar xəbərlər
- Vətəndaşların 300 min manat pulunu mənimsəyən şəxs tutulub
- Vətəndaşların müraciətinə baxmayan məmurları hansı cəza gözləyir?
- Vətəndaşları şantaj edən şəxslər tutulub
- Vətəndaşlara ziyan vuran şəxslər yaxalanıb
- Vətəndaşların müraciətlərinə hansı qaydada baxılmalıdır?
- Vətəndaşlarımız Avropaya vizasız gedə bilər - Nazrlikdən açıqlama
- Vətəndaşları süründürən vəzifəli şəxslər işdən çıxarıldı
- Vətəndaşlar nazirin görüşünə getdi
- Vətəndaşlar belə soyulur – Taksi xidmətində kələk
- Vətəndaşları aldadıb pulunu alan dəstə tutuldu