`Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir`


19:37     23 İyun 2017 malena%20m.jpg

Atəşkəsin pozulması və itkilərin olması bir daha status-kvonun davamsız olduğunun göstəricisidir.


Femida.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard xatırladıb ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Avropa İttifaqı bəyanatla çıxış edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini, həmçinin onların regiona səfərlərinin yekunlarına dair bəyanatlarını dəstəkləyirik. Brusel bu məsələni yaxından izləyir. Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Zalber də regiona tez-tez səfər edir və prosesləri yaxından izləyir".

Femida.az

Açar sözlər:

Oxunub: 503


Oxşar xəbərlər