Arvadını bıçaqlayan ər azadlıqda


19:40     23 İyun 2017 bicaqlanma%20femida.jpg

Bu gün arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Məşədiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Məşədiyevin həyat yoldaşı Şərqiyyə öz işində olan problemlərini ona danışıb, İ.Məşədiyev isə "bəsdir, bezdirdin məni" deyərək əsəbləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.

Onların iki övladı var. Arvadı Ş.Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini deyib və şikayətçi olmadığını deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1788