AzVision 8 dildə: Saytın ərəb versiyası da işə düşdü


20:00     23 İyun 2017 azvision-ereb_1498219032.jpg

AzVision.az saytının xarici dilli versiyalarının arasına daha biri əlavə olunub. Bugündən başlayaraq, saytı ərəb dilində də oxumaq mümkün olacaq


Ərəb dilli versiyanın da işə salınması ilə AzVision.az 8 dildə yayımlanır: Azərbaycan, Rus, İngilis, Alman, Fransız, İspan, Erməni və Ərəb. Bu, Azərbaycanda ən çox xarici dillərdə yayımlanan xəbər saytı deməkdir.

Qeyd edək ki, Ərəb dili – BMT-nin rəsmi dillərindən biridir. Hazırda dünyada 300 milyon insan bu dildə danışır.

Biz AzVision.az komandası olaraq, inanırıq ki, saytımızın ərəb dilində də yayımlanması dünyada həmin dildə danışan insanların ölkəmizi daha yaxşı tanımasına, Azərbaycanla bağlı həqiqətləri öyrənmələrinə imkan yaradacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1434