Zakir Həsənov: “Ordumuz sürətli inkişaf dövrü yaşayır”
22:20 23 İyun 2017
“Ordumuz sürətli inkişaf dövrü yaşayır”.
Femida.az-ın məlumatına görə, bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.
Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır: “Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.
Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub.
Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.
Femida.az
Oxunub: 969
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək