Azərbaycanın Fransadakı səfiri dəyişdirilib


22:40     23 İyun 2017 untitled-16.jpg

Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 869