Maşın oğurlamışdılar, qəzaya düşdülər


15:22     24 İyun 2017 qeza%20yeni8.jpg

Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib.


Femida.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nizami rayonu B.Nuriyev küçəsində paytaxt sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb, daha sonra isə Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 932