Şəhid ailələrinin cənub zonasına səfəri təşkil edilib


19:14     24 İyun 2017 avtobus0.jpg

2016-cı ilin aprel döyüşlərində şəhid olan və yaralananların ailə üzvlərinin Müdafiə Nazirliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə cənub zonasına 5 günlük səfəri təşkil olunub.



Femida.az -ın xəbərinə görə, səfər çərçivəsində ailələr Lənkəran, Astara, Lerik və Masallı rayonlarında olacaqlar. Onların həmin rayonların gəzməli-görməli yerləri ilə yaxından tanış olması, tarixi abidələrə ziyarəti nəzərdə tutulub.

Bu gün millət vəkili Hadı Rəcəbli, Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani ailələrlə görüşüb və onlara göstərilən xidmətlə yaxından tanış olublar.

Açar sözlər:

Oxunub: 927