48 nəfər tutularaq istintaqa cəlb olunub


00:51     25 İyun 2017 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 48 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1281