Londonda bina yanıb


13:56     25 İyun 2017 82c73c99-107f-40e1-9acf-0bc45557cc9f_640.jpg

Şərqi Londonun Betnal Qrin rayonunda yaşayış evi yanıb.


Bu barədə Böyük Britaniya paytaxtının Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, yanğın binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib, hadisə yerində ümumilikdə 72 nəfər çalışır.

Bildirilir ki, yanğın nəticəsində bir nəfər xəsarət alıb, hazırda o, xəstəxanaya yerləşdirilib.

İyunun 14-də Londonda "Grenfell Tower" yaşayış evində yanğın baş verib. Son məlumatlara görə, ölən və itkin düşənlərin sayı 79 nəfər təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1080