Pakistanda FACİƏ: 123 nəfər ölüb


14:07     25 İyun 2017 pakistan-yangin.jpg

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.


Femida.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, insanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərin çoxunun da durumu ağırdır.

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4522