Yeni yerüstü keçidlər istifadəyə veriləcək


14:53     25 İyun 2017 president_road_280317_2.jpg

Bu il Bakı şəhərində 10-dan artıq avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulub.


Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakı şəhərində 100-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var:

"Əvvəllər Bakıda cəmi 14 piyada keçidi var idi. 2015-ci ildə "Azəravtoyol" Bakıda 40-dan artıq yerüstü piyada keçidinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara təkliflər göndərdi. 2016-cı ildə Bakıda 20-dən artıq piyada keçidinin tikintisinə başlanıldı. Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib. Bəzi keçidlərin tikintisi isə yekunlaşmaq üzrədir".

Femida.az

Açar sözlər:

Oxunub: 1268