Füzulidə kənd təsərrüfatı yarmarkası açılıb


16:46     25 İyun 2017 1498378361-787.jpeg

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib.


Femida.az xəbər verir ki, Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan Üçüncü Zobucuq qəsəbəsi ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yarmarkanın açılış mərasimində iştirak edib. Ümumi sahəsi 1362 kv.m olan kənd təsəürrafatı məhsullarının satış yarmarkasında 22 qapalı ticarət koşkü və ərzaq məhsullarının saxlama anbarı mövcuddur. Yarmarkada rayon sakinlərinin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılmışdır. Alıcı və satıcılar üçün normal şərait yaradılan yarmarkada 30 nəfər işlə təmin yolunacaqdır.

Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Alı Alıyev respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1248