Deputat yol qəzasında ölüb


18:28     25 İyun 2017 qeza%20femida.az8.jpg

Kiyev yaxınlığında baş verən yol qəzasında üç nəfər, eləcə də Kiyev Vilayət Şurasının deputatı Boris Pançenko həyatını itirib.


Bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının başçısı Aleksandr Qorqan məlumat verib.

“Bir saat əvvəl yol qəzası nəticəsində Kiyev Vilayət Şurasının 1952-ci il təvəllüdlü deputatı Pançenko Boris Maksimoviç dünyasını dəyişib”, – deyə o öz Facebook səhifəsində yazıb.

Aleksandr Qorqanın sözlərinə görə, qəza Belotserkovski rayonunda, Belaya Serkov – Volodarka yolunda qeydə alınıb.

Açar sözlər:

Oxunub: 648