Maşını müsəlmanların üstünə sürdü - Nyukaslda hadisə


18:58     25 İyun 2017 britaniya0.jpg

Böyük Britaniyanın Nyukasl şəhərində bir avtomobil sürətlə Qurban bayramı münasibəti ilə məscid yaxınlığında toplaşan insanların üzərinə sürülüb.


TASS agentliyinin verdiyi məlumata görə, ən azı 5 nəfər xəsarət alıb.

Böyük Britaniya polisi də hadisə barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu gün yerli vaxtla saat 09.14 radələrində avtomobil bir qrup piyadanın üzərinə hərəkət edib, 5 nəfər xəsarət alıb. Hadisəyə terror aktı versiyası kimi baxılmır. Polis olayla bağlı 42 yaşlı qadını saxlayıb.

Açar sözlər:

Oxunub: 644