Hərbi parada hazırlanan tank qəza törətdi


19:38     25 İyun 2017 qeza%20minsk.jpg

Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı “Т-72” tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb.


Bu barədə “onliner.by” xəbər portalı məlumat yayıb.

Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.

Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 9955