Meşə yanğınları 2 mindən çox insanı evsiz qoydu


20:58     25 İyun 2017 mesha-yangini.jpg

İspaniyanın Əndəlüs əyalətinin Moqer rayonunda meşə yanğınları ilə əlaqədar 2 mindən çox insan evakuasiya edilib.


Bu barədə “Cadena Ser” radiostansiyası məlumat yayıb.

Dünən yerli vaxtla saat 21.30 radələrində qeydə alınan yanğın Donyan Milli Parkını əhatə edib. Yanğınla mübarizəyə 200 yanğınsöndürən və aviasiya cəlb edilib.

Yanğının səbəbi araşdırılır. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Açar sözlər:

Oxunub: 777