Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan raket aşkarlanıb


00:20     26 İyun 2017 raket-2.jpg

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 19-25 iyun tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 19-25 iyun tarixlərində 7 960 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 184 735 kv.m (18.47 ha) ərazi tam təmizlənib, 78 200 kv.m (7.82 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 863