Daha bir nəfər xilas edildi


00:34     26 İyun 2017 big_1404314237_bogulma.jpg

Bakıda dənizdə batan şəxs xilas edilib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 835