Rusiyada meşə yanğınları davam edir


14:12     26 İyun 2017 mese%20yngini.jpg

Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 7 min hektar meşə sahəsini məhv edib.


Femida.az -ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 595 canlı qüvvə, 75 ədəd texnika və 5 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 7 min hektardan çox sahəni əhatə edən 59 meşə yanğını qeydə alınıb.

Yanğınlardan ən çox Yakutiya, Amur vilayəti və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 15 meşə yanğını söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1197