Xalq artisti süni tənəffüs aparatına qoşulub – YENİLƏNİB


15:28     26 İyun 2017 Clipboard01%20(1).jpg

“Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır”.



Femida.az -ın məlumatına görə, bunu APA-ya xalq artistinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub:

“O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər problemlər də var”.

Xatırladaq ki, bundan əvvəl Publika.az saytı xalq artistinin vəfat etməsi ilə bağlı məlumat yaymışdı.

Açar sözlər:

Oxunub: 7692