17 yaşlı oğlan qəflətən öldü
16:12 26 İyun 2017
Şəkiyə qonaq gedən 17 yaşlı oğlan müəmmalı şəkildə ölüb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyunun 25-i axşam saat 21:30 radələrində Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Fətəli Əliyev ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyən Fətəli Əliyevin vəfat etdiyi məlum olub.
Məlumatda bildirilir ki, F. Əliyev anası ilə birlikdə bir-neçə gün əvvəl Şəkinin Bolludərə kəndinə, kənd sakinlərindən birinin evinə qonaq gəlib.
Ölümün səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Oxunub: 659
Oxşar xəbərlər
- 17 dövlət əmlakı özəlləşdirilib
- 17 cinayət “isti izlər”lə açılıb
- 17 nəfər universitetin liftində qalıb - FHN hadisə yerində
- 17 yaşlı qız özünü qayadan atdı - Qusarda intihar
- 17 yaşlı oğlan özünü öldürmək istədi
- 17 cinayət “isti izlər”lə açılıb
- 17 min manata görə tutulan şəxs AZADLIQDA
- 174 əcnəbi Naxçıvandan qovuldu
- 17 yaşlı oğlan özünü asıb
- 17 yaşlı oğlanın meyiti sudan çıxarıldı - 2 gündən sonra