Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
16:28 26 İyun 2017
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan etibarən Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunacaq.
Femida.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.
Femida.az
Oxunub: 4089
Oxşar xəbərlər
- Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
- Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu
- Silahlı Qüvvələrin ən yaxşı tabor komandiri müəyyən edildi – FOTO
- Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
- Silahlı şəxslər hoteli ələ keçirib
- Silahlı Qüvvələrimizdə daha bir YENİLİK
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələrdə `Açıq qapı` günü keçiriləcək
- Silahlı Qüvvələrin motoatıcı taborunun təlimi başa çatdı
- Silahlı Nardaran sakini polis bölməsinə getdi