Bağlanan küçələr bu axşam açılacaq


18:25     26 İyun 2017 1452928352_yol_polisi_065.jpg

Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək.


Bu barədə Femida.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: "Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq".

Qeyd edək ki, "Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1073