İran Azərbaycanda özəl tibbi mərkəzi yaradır


19:21     26 İyun 2017 13854545_42_iran-sefirliyi.jpg

“Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibbi mərkəzi yaradır. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər”.


Femida.az xəbər verir ki, bunu APA-ya İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.

M.Puribrahimi Davərani bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş potensial var: “Ümid edirəm bu sahədə əməkdaşlıq inkişaf etdiriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 851