Tramp ənənəni pozdu - İftar vermədi


20:23     26 İyun 2017 donald-trump-is-escalating-his-war-of-words-with-hillary-clinton.jpg

ABŞ prezidenti Donald Tramp 20 ildir Ağ Sarayda təşkil edilən iftar yeməyini bu il verməyib.


Femida.az xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Reks Tillerson da bayram yeməyinin verilməsi təklifini rədd edib.

İlk dəfə ABŞ prezidenti Bill Klintonun ev sahibliyi etdiyi iftar süfrəsində müsəlman liderlər, deputatlar və diplomatlar iştirak edib.

Donald Tramp Ramazan bayramı münasibəti ilə açıqlama yayıb: “Amerika xalqı adına Melaniya və mən Ramazan bayramını qeyd edən müsəlmanları salamlayırıq. ABŞ-dakı müsəlmanlar dünyanın digər yerlərindəki müsəlmanlar kimi bu müqəddəs Ramazan ayında inanc və xeyirxahlıqlarını yerinə yetirirlər. Bu bayramda xeyirxahlıq, şəfqət və xoş niyyətin əhəmiyyətini xatırlayırıq. Dünyadakı bütün müsəlmanlarla birlikdə ABŞ bu dəyərlərə bağlılığını təzələyir. Bayramınız mübarək olsun”, deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Ağ Sarayda ilk iftar süfrəsi prezident Tomas Ceferson tərəfindən 1805-ci ildə tunisli bir heyət üçün verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 717