Rusiya Əsədi müdafiə etdi


00:33     28 İyun 2017 beser%20esed.jpg

Rusiya ABŞ-ın Bəşər Əsəd rejiminin Suriyada yeni kimyəvi hücuma hazırlaşması ilə bağlı ittihamlarına cavab verib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ittihamların qəbuledilməz olduğunu bildirib.

“ABŞ-ın yaydığı məlumatın nəyə əsaslandığını bilmirik. Əlimizdə bununla bağlı məlumat yoxdur. Suriyada İŞİD terrorçularının və digər silahlı qrupların kimyəvi silahdan istifadə etdiyini bilirik. Bu məlumatlar təxribat xarakterlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 682