Güləşçilərimiz finalda


01:33     28 İyun 2017 gules65.jpg

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.


Femida.az xəbər verir ki, yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Rusiya idmançısı olacaq.

60 kq-da yarışan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda Moldovadan olan rəqibini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Əli Rəhimzadə Ukrayna idmançısı ilə qarşılaşacaq.

96 kq çəkidə mübarizə aparan Məhəmmədrəsul Qazıməhəmmədov isə Türkiyə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Açar sözlər:

Oxunub: 690