Hakerlər iri şirkətləri iflic etdi


03:23     28 İyun 2017 haker0.jpg

Dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.


Femida.az -ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar.

Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır.

Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər.

Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.

Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

Açar sözlər:

Oxunub: 657