Türkiyə Suriyada yenidən əməliyyat keçirə bilər


13:21     28 İyun 2017 cerablus-operasyonu-640x360.jpg

“Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”


Femida.az Haberler.com-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan bildirib ki, hazırda Suriya ərazisində mənfi proseslər cərəyan etməkdədir:

“Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”.

Türkiyə prezidenti onu da əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1528