Qətər şərtləri qəbul etmək istəmir


13:53     28 İyun 2017 7183721_r.jpg

Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bir sıra ərəb ölkələrinin irəli sürdüyü şərtlərini əsassız adlandırıb.


Bu barədə `Reuters`agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.

Nazir “Əl Cazirə” telekanalına bildirib ki, blokadanı həyata keçirən ölkələrin irəli sürdükləri heçdə tələb deyil, sadəcə, dəlillərlə təsdiqlənməmiş iddialardır.

“Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, - deyə XİN rəhbəri bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1296