Ordumuzun 8 itki verməsi iddialarına - Nazirlikdən cavab
18:41 28 İyun 2017
"Ermənistanın Müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil".
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildirilib.
"Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir.
Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.
İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsa idi V.Sarkisyan daha səmimi görünərdi", - deyə MN-dən qeyd olunub.
Femida.az
Oxunub: 7339
Oxşar xəbərlər
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuzun genişmiqyaslı təlimləri başlayır
- Ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı təsis olunub
- Ordumuzun ermənilərə ağır zərbəsinin görüntüləri - VİDEO
- Ordumuzun100 illiyi əbədiləşdirilir
- Ordumuzun şərəfinə yeni medal təsis olunur
- Ordumuzun təlimləri davam edir - FOTOLAR