“Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur” – Baş nazir
22:51 28 İyun 2017
"Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur".
Femida.az xəbər verir ki, bunu Polşanın Baş naziri xanım Beata Şidlo Azərbaycan Prezidenti İlham Əliyevlə Varşavada görüşü zamanı deyib.
Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını deyib.
Baş nazir bildirib ki, Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar:
"Hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılması əlaqələrin inkişafında önəmlidir. Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir".
Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulayıb, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd edib.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- “Azərbaycanda bir yoxsul belə qalmayacaq” - Baş nazirin müavini
- “Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” yaradıldı
- “Azərbaycan Avropa İttifaqından nəsə ummur” - Novruz Məmmədov
- “Azərbaycandakı təkanların İrandakı zəlzələ ilə əlaqəsi yoxdur”
- “Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”- Ərdoğan
- “Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir” - İlham Əliyev
- “Azərbaycanın çox böyük neft ehtiyatları var” - İlham Əliyev
- “Azərbaycan dünyada idman dövləti kimi tanınır“ - İlham Əliyev
- “Azərbaycan xalqının səbri tükənməkdədir” - Səfir
- “Azərbaycan jurnalistikası inkişaf edir” – İlham Əliyev