Suriya yenidən qan gölünə döndü - 50 ölü


00:13     29 İyun 2017 abs%20suriya8.jpg

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.


Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var.

Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

“SANA” agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib.

Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar.

Açar sözlər:

Oxunub: 2577