Şəkidə maşın piyadaları vurub qaçdı


13:20     29 İyun 2017 qeza_yeni%20piyada.jpg

Şəkidə naməlum avtomobil iki nəfəri vuraraq hadisə yerindən qaçıb.


Femida.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 28-də saat 23:30 radələrində Şəki şəhər sakinləri - 1982-ci il təvəllüdlü Elnur Namiq oğlu Rəsulov və 1981-ci il təvəllüdlü Anar Ehsan oğlu Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Məlum olub ki, Elnur Rəsulov Qoxmuq çayı üzərindəki körpüdə xarab olub qalan və özünə məxsus minik avtomobilini Anar Muradovla birlikdə təmir edən zaman yoldan keçən avtomobil onları vurub və hadisə yerindən qaçıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Elnur Rəsulov və Anar Muradov sürücüsü və dövlət nömrə nişanı bilinməyən “VAZ-2106” markalı avtomobillə vurulub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 649