Türkiyədə 3 milyondan çox qaçqın var


13:54     29 İyun 2017 3eb77864-70c0-4320-960a-aeaca2c24d1e.jpg

Suriyalı qaçqınların Türkiyədə ümumi sayı açıqlanıb.


Femida.az-ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidmətinin açıqladığı statistikaya əsasən, suriyalı qaçqınların bu ölkədə sayı 3 milyon 49 min 879 nəfər təşkil edib.

Türkiyə Miqrasiya Xidmətinin yaydığı məlumata görə, baxmayaraq ki, Aİ Türkiyədən 72 min suriyalı qaçqını qəbul edərək yerləşdirmək barədə vəd verib, bu günə qədər Avropada yerləşdirilən suriyalı qaçqınların sayı yanız 6 min 645 nəfər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1015