Elnur Nağızadən rəsmi axtarışa verildi - FOTOLAR


14:41     29 İyun 2017 elnur_3636.jpg

Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.


Femida.az xəbər verir ki, axtarış dosyesində 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarış elan edildiyi qeyd olunub.





Femida.az

Açar sözlər:

Oxunub: 10313