Yol keçərkən canından oldu


15:29     29 İyun 2017 piyada%20oglan.jpg

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun 258-ci kilometrliyində 61-BF-554 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobili yolu keçən piyada, Ağdaş sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nizam Məcid oğlunu vurub.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 599