Alimlərə əlavə ödəniş verilsin - Siyavuş Novruzov


15:48     29 İyun 2017 siyavus%20(2).jpg

Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, institutlarda, universitetlərdə alimin hansısa təklifindən çıxış gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat institutlarına verilməlidir:

"Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər”.

S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib:

"Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır".

Femida.az

Açar sözlər:

Oxunub: 2604