Magistraturaya qəbul olan bakalavrların nəzərinə!


15:59     29 İyun 2017 magistratura%20imtahan.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.


DİM-dən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 535