DİN qəzada ölən idmançımızla bağlı məlumat yayıb


16:22     29 İyun 2017 reyhan_1498724397.jpeg

Azərbaycanlı idmançı Reyhan Məmmədova yol qəzasında ölüb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Masallı rayon sakini Əliağa Məmmədov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Reyhan Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Reyhan Məmmədova idmançı olub. Mərhum dağadırmanma və buzadırmanma üzrə çempion olub.

Femida.az

Açar sözlər:

Oxunub: 4375