Bakı sakinindən 7 kq narkotik götürülüb


16:28     29 İyun 2017 narkotik213_1488973676.jpg

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1, 255 qram marixuana götürülüb.

Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 495