Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ


16:42     29 İyun 2017 ciskin%20hava.jpg

İyunun 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.


ETSN-dən Femida.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34 isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 754