“Eurovision-2012” zamanı Bakını partlatmaq istəyənlərə cəza verildi


17:10     29 İyun 2017 1442557655_mehkeme-zali8.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərindən ibarət dəstənin üzvü olmuş Rəşadət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın məlumatına görə, məhkəmənin hökmü ilə R. Ağayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Ağayev apellyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar həbs edilən zaman R. Ağayev axtarışda olub. Dəstə üzvləri mahnı yarışması zamanı Azərbaycanda prezidentə qarşı terror aktı planlaşdırmaqda ittiham olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 4008


Oxşar xəbərlər