“BMW X5” yol təsərrüfatına 1 250 manat ziyan vurdu


17:31     29 İyun 2017 yol.JPG

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.


“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, “BMW X5” markalı avtomobil Ziya Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.

Baş vermiş qəza zamanı ilkin hesablamalara görə, yol təsərrüfatına 1 250 manat ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2244


Oxşar xəbərlər