Bakıda çempion qızın ölüm anı (VİDEO 18+)


17:51     29 İyun 2017 b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_vhhghjf.jpg

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb.


Femida.az xəbər verir ki, hadisə şahidinin Missiya.Az-a göndərdiyi videoda Reyhan Məmmədova iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulur.

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. Hadisə dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir.



Açar sözlər:

Oxunub: 9729